"Zirə"nin qapıçısı 200-cü oyun

Azərbaycan Premyer Liqasının XXII turunun “Qəbələ” ilə qarşılaşması (1:1) “Zirə”nin futbolçusu Anar Nəzirov üçün əlamətdar olub.

 

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisinin kapitanı Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. 2005/06 mövsümündə “Gəncə”nin (indiki “Kəpəz”) heyətində debüt matçına çıxan qapıçı bu matçlarda 266 qol buraxıb.

 

Azərbaycan çempionatları tarixinə 200 və daha çox oyun keçirən 10-cu qapıçı kimi düşən Nəzirov 7 klubun şərəfini qoruyub. 33 yaşlı qolkiper “Turan”da 69, “Zirə”də 62, “Qəbələ”də 25, “Standard”da 19, “Sumqayıt”da 17, “Neftçi”də 6, indiki “Kəpəz”də 2 matç keçirib.

 

Qeyd edək ki, Anar cari mövsümdə 200-cü oyununu keçirən 7-ci futbolçudur. Ona qədər Novruz Məmmədov, Şəhriyar Rəhimov, Tural Cəlilov (hamısı “Kəpəz”), Ruslan Abışov (“Neftçi”), Ansi Aqolli, Əfran İsmayılov (hər ikisi “Qarabağ”) buna nail olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right