Bu gün «Bakcell U-17 Liqası»nda 27-ci turun oyunları keçiriləcək. Turun mərkəzi oyunu Qəbələdə baş tutacaq. Lider «Qəbələ» 2-ci pillənin sahibi «Neftçi»ni qəbul edəcək. Daha bir maraqlı oyun Binə qəsəbə stadionunda olacaq. 4-cü pillənin sahibi «Qarabağ» «Zirə» ilə oyunda meydana 3 xal üçün çıxacaq. 27-ci turun təqvimi aşağıdakı kimdir:
09 aprel (bazar ertəsi)
11:30 «Qarabağ» - «Zirə»
(Binə qəsəbə stadionu)
13:00 «Kəpəz» - «Keşlə»
(Gəncə şəhəri, TİM-nin meydanı)
14:00 «Mil Muğan» - «Xəzər Lənkəran»
(İmişli şəhəri, Heydər Əliyev adına stadion)
14:00 «Neftçi» İK İB – «Səbail»
(Lökbatan OİK-nin meydanı)
14:00 «Sumqayıt» - «Ağsu»
(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)
14:00 «Qəbələ» - «Neftçi»
(Qəbələ şəhər stadionu)

Bombardirər: Nicat Musayev («Neftçi»), İbrahim Camalov («Qəbələ») – 21 qol.
«Het-trik news»
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".
