Mirabdulla Abbasov: "Fikrimcə, ədalətli bir nəticə oldu” Müsahibə

“Təəsüf ki, bərabərliklə bitdi oyun,  ancaq, qələbə də qazana bilərdik, məğlub olmaq ehtimalımız da var idi. Hər iki komandanın fərqlənmək üçün  yetəri qədər imkanları oldu. Fikrimcə, ədalətli bir nəticədir”.

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi" - "Sumqayıt" oyunundan sonra (2-2) ev sahiblərinin hücumçusu Mirabdulla Abbasov əməkdaşımızın suallarını cavablandırarkən bildirib: 

-Xal itkisindən sonra, irəlidə kubok oyunu var. Bunun sizə təsiri olmayacaq ki?-

-Düşünmürəm ki, təsiri olacaq. Kubok oyununa çox yaxşı şəkildə hazırlaşırıq və ümid edirəm ki, finala adlayan tərəf biz olacağıq.

-İkinci yarıda daha istəkli görünürdünüz. Tərlan müəllim fasilə ərəfəsində hansı tapşırıqları vermişdi?

-Fikrimcə, ilk hissədə də eyni oyunu nümaiş etdirirdik. Ola bilər ki, bəzi epizodlarda şansları qaçırdıq, ancaq ümumi götürsək, hər iki yarıda yaxşı oynadıq. Düzdür, ikinci hissədə irəli çıxdıq. Lakin sona qədər hesabı qoruyub saxlaya bilmədik.

-Tərlan Əhmədov əvvəllər səndən narazı idi, lakin son zamanlar əsas heyətdə çıxış edirsən və qollar vurursan.  Baş məşqçinin etimadını doğruldmağı necə bacardın?

-Hər bir futbolçu şans qazandığca inkişaf edir. Mən də çox şadam ki, məşqçi mənə güvənir və əsas heyəttə meydana buraxır. Mən də öz növbəmdə,  oynayıram və qollar vururam. 

-Bu gün doğma meydanda qazanılan bir xal komandaya nə dərəcədə sərf edir?

-Meydana qalib gəlmək üçün çıxmışdıq. Çünki, çox vacib idi bizim üçün bu qələbə. 3 xal qazansaydıq, aradakı fərqi ikiyə endirəcəkdik və 3-cü yer üçün daha çox şanslarımız yaranacaqdı. Lakin bərabərə qaldıq. Düşünürəm ki, heç də pis nəticə deyil.

-Qarşıda sizi kubokda “Qəbələ” və Premyer Liqada “Zirə” ilə çətin oyunlar gözləyir. Psixoloji cəhətdən hazırsınızmı bu oyunlara?

-Psixoloji cəhətdən hər şey öz yerindədir. Qarşıdakı oyunlara köklənib, əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Çalışacağıq kubokda finala adlayaq və çempionatda da uğurlu şəkildə yolumuza davam edək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right