“Neftçi” – “Sumqayıt” oyununda maraqlı olay

Azərbaycan Premyer Liqasının 22-ci turunun “Neftçi” – “Sumqayıt” oyunundan sonra maraqlı hadisə baş verib.

Newsport.az saytının məlumatına görə, matç başa çatan kimi meydana daxil olub futbolçularını təbrik edən qonaq komandanın baş məşqçisi Samir Abasov öz azarkeşlərinə təşəkkür etdikdən sonra oyunçularını “Neftçi” azarkeşlərinin yer aldığı tribuna önünə də aparıb. Onun tapşırığı ilə futbolçular meydan sahibi komandanın fanatlarına təşəkkür edib. Yerli azarkeşlər də “Sumqayıt”ın bu jestini bəyənərək rəqibi alqılaşlayıblar.

Xatırladaq ki, “Neftçi” – “Sumqayıt” görüşü 2:2 hesabı ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right