Ayxan Abbasov: "Hakim penaltimizi vermədi"

Azərbaycan Premyer Liqasının 22-ci turunda evdə “Qəbələ” ilə bərabərə qalan (1:1) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az xəbər verir ki, Abbasov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Komandadan razı qaldım. “Qəbələ”nin gücünü bilirdik. Bir neçə oyundu belə qollar vururlar. Müdafiəçilərin diqqətsizliyi və ya yorğunluq sonda səhv etməyimizlə nəticələndi. Qalib gəlmək istəyirdik, təəssüf ki, alınmadı. Qol fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik. Oradakı oyunda xoşagəlməz hallar yaşanmışdı. Buna görə, bu matça futbolçuları yaxşı kökləmişdim. İstəyirdim, bu gün meydanda ancaq futbol olsun.

- Futbolçular bu cür oyunların gərginliyini müxtəlif formalarda çıxırlar, bəs siz necə?
- Mən də onlar necə istirahət edirsə, elə dincəlirəm. Bütün günü onlarla bir yerdəyəm. Bu gün komandanın üzərində böyük təzyiq var. Sona kimi futbolçularımın yanındayam.

- Sizin şərti cəzanız var. Ancaq bu gün də çox aqressiv görünürdüz...
- Bu, özümdən asılı deyil. Həmin anda şərti cəzanın olması yada düşmür. Bu qədər xal itirməyi gözləmirdik.

- Sizcə, nəticə oyuna görə oldu?
- Məncə, qələbəyə layiq idik. “Qəbələ”nin qoluna kimi rəqibə qol fürsəti vermədik. İlk hissədə bizim bir penaltimiz verilmədi. Qapıçının zədələnməsi də təmasın olmasına sübutdu. Ancaq Rəvan Həmzəzadəni də başa düşürəm. Oyunun tempi yüksək idi.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right