Almeyda "Qarabağ"ın tarixinə düşdü

“Qarabağ” Azərbaycan çempionatları tarixində 1100-cü qolunu vurub.

Newsport.az saytının məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının XXII turunun hazırda davam edən “Qarabağ” - “Səbail” görüşündə reallaşıb. 31-ci dəqiqədə penaltidən fərqlənən Riçard Almeyda “Qarabağ”ın 1100-cü qoluna imza atıb.

İlk qolunu 1992-ci ildə Sabirabad “İnşaatçı”sının qapısından keçirən “Qarabağ”ın tarixinə 1-ci qolun müəllifi kimi Mehman Alışanov düşüb.

“Qarabağ”ın çempionatdakı tarixi qolları

N Oyunçu Rəqib Yer Dəq. Mövsüm Tarix
1 Mehman Alışanov İnşaatçı(Sabitabad) e 4 1992 03.05.1992
100 Səttar Əliyev Xəzər (Sumqayıt) e 68 1993/94 30.09.1993
200 Müşfiq Hüseynov Kür-Nur (Mingəçevir) e - 1995/96 01.10.1995
300 Bəxtiyar Musayev Neftçi (Bakı) e 64 1997/98 22.11.1997
400 Elmir Xankişiyev Şəfa (Bakı) s 13 1999/2000 03.04.2000
500 Eldəniz Məmmədov Şahdağ-Samur (Qusar) s 89 2003/04 13.09.2003
600 Vasif Haqverdiyev MOİK (Bakı) e 14 2005/06 29.04.2006
700 Rəşad Sadiqov Qəbələ (Qəbələ) s 78 2009/10 06.12.2009
800 Rəşad Sadıqov Sumqayıt (Sumqayıt) s 21 2012/13 19.08.2012
900 Muarem Muarem Neftçi (Bakı) e 51 2013/14 27.04.2014
1000 Muarem Muarem Rəvan (Bakı) e 53 2015/16 30.03.2016
1100 Riçard Almeyda “Səbail” (Bakı) e 31 2017/18 04.07.2018


1995/96 mövsümündə vurulan qolların dəqiqələri protokollarda göstərilməyib. Həmçinin texniki nəticələr və ləğv olunan matçlar statistikada nəzərə alınmayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right