Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə ikinci mərhələyə start veriləcək.
Newsport.az-ın məlumatına görə, 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi ikinci qrup mərhələsinin H qrupunda Sankt-Peterburq yığma komandası ilə qarşılaşacaq.
Turnirin 1-6-cı yerlər uğrunda mübarizə aparan millimizin oyunu Bakı vaxtı ilə saat 17:30 başlayacaq.
Qeyd edək ki, birinci qrup mərhələsində Yaponiyanı 1:0, Rusiya-2 komandasını 4:2 hesabı ilə məğlub edən yığmamız növbəti mərhələyə qrup lideri kimi yüksəlib.
7 yanvar
H qrupu, I tur
17:30. Sankt-Peterburq - Azərbaycan 4-2
Qollar: Nikita Andreyev, 9 (1:0) Mahir Mədətov, 25 (1:1), Roman Starikov, 54 (2:1), Artyom Ponikarov, 57 (3:1), İlkin Sadıqov, 68 (3:2), Sergey İvanov, 90 (4:2)
Peterburq İdman Konsert Kompleksi
Azərbaycan: 1. Ağaseyid Qasımov, 5. Renat Ağaverdiyev, 7. Mahir Mədətov, 8. Emin Zamanov, 10. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 18. Elvin Sərkərov, 20. Roman Hüseynov, 21. İlkin Sadıqov, 23. Elgün Uluxanov, 27. Bəhlul Mustafazadə (k)
Ehtiyat oyunçular: 12.Tolqa Şahin, 2. Sertan Taşkın, 3. Elməddin Məmmədov, 6. Əlibəy Məmmədli, 9. Şahban Cəbrayılov, 11. Umar Akmurzayev, 17. Fərid Kərimzadə, 24. Ayxan Əsədov
Sankt-Peterburq: 1. Mixail Kizeev, 2. Maykov Daniil, 6. Roman Starikov (k), 11. Nikita Andreyev, 12. İvan İqnatenko, 14. İlya İvanov, 15. Aleksey Kosolapov, 17. Daniil Qaribov, 18. Mixail Slaşyov, 19. Artyom Vodyannikov, 20. Aleksey Kuçero
Ehtiyat oyunçular: 16. Andrey Storojevskiy, 3. İqor Smirnov, 4. Vadim Romanov, 5. Vadim Kruqovoy, 7. Artyom Ponikarov, 8. Nikita Novopaşin, 9. Nikita Tyaqlo, 10. David Martirosyan, 13. Sergey İvanov