Çinin Haikou şəhərində təşkil olunmuş “2018 CFA Belt and Road İnternational Beach Soccer Cup” beynəlxalq turnirində iştirak edirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci oyununu keçirib.
Newsport.az saytının məlumatına görə, turnirə ev sahibliyi edən Çin yığmsı ilə qarşılaşan milli komandamız 7:2 hesabı ilə qələbə qazanıb.
Sabir Allahquliyev və Ramil Əliyevin dubl etdiyi qarşılaşmada digər qolları Orxan Məmmədov, Əbdul Əliyev və Asif Zeynalov vurub.
Xatırladaq ki, Zeynal Zeynalovun rəhbərliy etdiyi yığmamız turnirdə ilk oyununda Macarıstanı 7:3 hesabıyla məğlub etmişdi.