"Keşlə" "Kəpəz"lə oyuna ciddi itkilərlə çıxacaq

Azərbaycan Premyer Liqasının XXII turunda "Kəpəz"in qonağı olacaq "Keşlə"nin heyətində ciddi itkilər var.

Newsport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin baş məşqçisi Yuri Maksimov 5 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.  

Belə ki, qapıçı Kamran Ağayev, eləcə də Murad Qayalı və Cabir Əmirli zədə səbəbindən Gəncəyə yollanmayıb. Sezar Meza Kolli və Pərdis Fərcad-Azad isə cəzalıdır. 

Qeyd edək ki, aprelin 7-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Keşlə" matçı saat 15:00-da start götürəcək

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right