"Keşlə" "Kəpəz"lə sülh bağladı,"Qarabağ" "Səbail"ə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

Newsport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. 

Birinci oyun Gəncədə baş tutub. Çempionatın autsayderləri "Kəpəz"lə "Keşlə" xal hesablarını artırmaq üçün mübarizə aparıblar. Qarşılaşma bərabərliklə başa çatıb. 

Günün sonuncu qarşılaşması "Qarabağ" və "Səbail" komandaları arasında keçirilib. Çempionatın lideri debütantı 4-cü dəfə məğlub edib. Matç Ağdam klubunun minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqası

XXII tur

7 aprel (şənbə)

15:00.“Kəpəz” – “Keşlə”1-1

Qollar: Vaqif Cavadov 25, Dario Frederiko, 45 
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, İnqilab Məmmədov
Gəncə şəhər stadionu


17:30.“Qarabağ” – “Səbail” 1-0

Qollar: Riçard Almeyda 31 (p)
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov
"Azərsun Arena"

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right