"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bir müddət əvvəl əvəzedici heyətə göndərdiyi Elvin Yunuszadəni əsas komandaya qaytarıb.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Onun sözlərin görə, baş məşqçi ilə futbolçu arasında görüş olub. Görüşdən sonra millimizin üzvü yenidən əsas komandaya qoşulub. O, aprelin 4-dən "Qarabağ"ın əsas komandası ilə məşqlərə başlayıb.
Qeyd edək ki, E.Yunuszadə millinin düşərgəsində olarkən, Belarusla yoxlama oyunundan əvvəl nizam-intizam qaydasını pozduğu üçün yığmamızın baş məşqçisi Qurban Qurbanov onu heyətdən kənarlaşdırmış, "Qarabağ"da isə əvəzedici heyətə göndərmişdi.
qol.az