Məşqçilərimiz danışılmış oyunlarrı müzakirə etdi

Aprelin 3-dən etibarən İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar keçirilir.
 

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 6-dək davam edəcək seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edir.

Oyunların şəffaflığına nəzarət üzrə UEFA-nın məsul nümayəndəsi Nicholas Raudenski futbol qarşılaşmalarında nəticələrin manipulyasiyası cəhdləri və bununla mübarizə ilə bağlı seminarda mühazirə oxuyub, məşqçilərə müvafiq məlumatlar verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right