AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Türkiyənin Antalya şəhərinə gedəcək.
Komitənin sədri Vaqif Sadıqov, üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev və Şakir Qəribov yanvarın 14-dən 24-dək Türkiyənin Antalya şəhərində, Böyükağa Hacıyev isə ölkəmizdə hazırlıq keçən klublarımızın məşqlərini və yoxlama oyunlarını izləyəcək.