Türkiyənin məhşur media orqanlarından “Milliyet” qəzetinin “İlin idman mükafatları-2017” tədbiri keçirilir.
Newsport.az-ın məlumatına görə, "İlin komandası" mükafatına namizədlər arasında "Qarabağ"ın da adı olub. Lakin bu nomiasiyada ilk yerə “Fənərbaxça”nın basketbol komandası layiq görülüb. “Qarabağ”a isə münsiflər heyəti tərəfindən xüsusi fəxri mükafat verilib.
Qeyd edək ki, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov da tədbirdə iştirak ediblər.
“İlin idmançısı” adına isə yüngül atletika üzrə dünya çempionu Ramil Quliyev layiq görülüb