"Sumqayıt" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı

Ötən turda “Qəbələ” ilə qarşılaşan “Sumqayıt” FK 1 günlük istirahətin ardından məşqləri bərpa edib.

Newsport.az-ın məlumatına görə, komanda saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. Məşqin ilk hissəsində yüngül qaçış və toplu çalışmalara üstünlük verilib. Hazırlığa fitness zalında yekun vurulub. Komandanın növbəti məşqi sabah saat 15:30-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” qarşılaşması 8 aprel, saat 18:30-da “Bakcell Arena”da keçiriləcək. Matç CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right