Millimiz böyükhesabla məğlub oldu

Bu gün 19 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib.

Newsport.az xəbər verir ki, millimiz fransalı həmyaşıdları ilə qarşılaşıb. Oyun yığmamızın böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 0:6.

Qeyd edək ki, millimizin yer aldığı qrupun oyunları Finlandiyada keçirilir. Qrupda millimiz və Fransa yığmasından başqa, Belçika və Finlandiya seçmə komandaları da mübarizə aparır.

 

U-19 Avropa çempionatı, elit-raund (qızlar)

4 aprel

 

Fransa - Azərbaycan 6:0 

Baş hakim: Rebekka Velç (İngiltərə)
Baş hakimin köməkçiləri: Helen Birne (İngiltərə), Lotta Vuorio (Finlandiya)
Dördüncü hakim: Hanna Kapiainen (Finlandiya)

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right