Bu gün Türkiyənin məhşur media orqanlarından biri “Milliyet” qəzetinin “ilin idman mükafatları-2017” tədbiri keçiriləcək.
Newsport.az xəbər verir ki, tədbirdə “ilin komandası” mükafatına namizədlərdən biri olan Ağdamın “Qarabağ”klubunun vitse-prezidenti Tahir Gözəl, komandanın direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov iştirak edəcəklər.
Qeyd edək ki, mükafatlandırma mərasimi Bakı vaxtıyla saat 20:30-da başlayacaq və “CBC Sport” telekanalıyla canlı yayımlanacaq.