Millimiz Fransa ilə qarşılaşacaq

Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində ilk oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, saat 13:30-da başlayacaq oyunda komandamız fransalı həmyaşıdları ilə qarşılaşacaq.

Xatırladaq ki, millimizin yer aldığı qrupun oyunları Finlandiyada keçirilir. Qrupda millimiz və Fransa yığmasından başqa, Belçika və Finlandiya seçmə komandaları da mübarizə aparır.  

U-19 Avropa çempionatı, elit-raund (qızlar)

4 aprel

13:30 Fransa - Azərbaycan 

Baş hakim: Rebekka Velç (İngiltərə)

Baş hakimin köməkçiləri: Helen Birne (İngiltərə), Lotta Vuorio (Finlandiya)

Dördüncü hakim: Hanna Kapiainen (Finlandiya)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right