"Yaxşı formada Media Komitəsi öz işini davam etdirməlidir" Araz Əhmədov

AFFA-nın martın 7-də keçirilən Hesabat Konfransında qurumun baş katibi Elxan Məmmədov Media Komitəsinin (MK) bundan sonra da fəaliyyət göstərəcəyini, amma formatında dəyişikliklər olacağını söyləmişdi. Bununla bağlı Media Komitəsinin sədri Mahir Rüstəmli ilə danışdıq. Məsələ ilə bağlı Media Komitəsinin sədr müavini Araz Əhmədovla da söhbətləşdik:

- Media Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Arxada qalan bir ildə düşünürəm ki, qismən də olsa, müəyyən işlər görə bildik. Saytlarla bağlı bizdə belə bir sistem var idi ki, hər saytda Media Komitəsinin layihə bölməsi olmalı idi. Bu, saytların qarşısına şərt kimi qoyulmuşdu və onlar da bunu etdilər. Təbii ki, müəyyən bir vaxt lazım oldu bu işlər üçün, ancaq işin öhdəsindən gələ bildik. Çox çətinliklə də olsa, ancaq bunu bacardıq. Digər tərəfdən səfərlərlə bağlı problemlər qismən də olsa, tənzimləndi. Təbii ki, bəzi məsələlər oldu ki, yekdillik olmudu, fikir ayrılığı olurdu, bu da işin gedişinə təsir göstərirdi.

- Media Komitəsindən istefa verənlərin gedişi komitənin fəaliyyətinə nə dərəcədə təsir göstərdi?

- Çox ciddi təsir göstərdi. Biz yola yeddi nəfərlə çıxmışdıq. Sonda isə üç nəfər qaldıq. Fikirləşin, yeddi nəfərlə planlaşdırdığımız bütün işləri, üç nəfərlə görmək məcburiyyətində qaldıq. Çox ağır bir yük düşdü üzərimizə.

- Sizcə, onların gedişinə əsas səbəb nə idi?

- Əslində, gedişlərinin səbəbləri məlumdur. Elçin Cəlilov birinci getmişdi. Özləri də gedişlərinin səbəblərini bildirmişdilər. Əksəriyyəti işlərinin çoxluğu ilə bağlı getdi. Təbii ki, səbələr açıqladıqları kimidirsə, mən də onlarla razıyam. Lakin burada başqa səbəblər vasra, yəni, səbəb olaraq bunları deyərlər, ancaq əslində başqa məsələlər olar. Bu haqda heç nə bilmərəm.

- Apasport.az saytı da komitədən imtina etdi... 

- Düşünürəm ki, onların istefa verməsi, bizim üçün heç də yaxşı olmadı. Çünki, Apasport.az Azərbaycan idmanına və inkişafına çox böyük tövhə verir. Mən şəxsən istəyərdim onlar komitədə qalsın, lakin bu, onlaın öz istəkləridir.

- Son konfrans zamanı, Elxan Məmmədov bildirdi ki, Media Komitəsi qalacaq, lakin format dəyişiləcək. Bununla bağlı görüş təşkil olunmalı idi. Bu görüş baş tutdumu?

- Format dəyişikliyi ilə bağlı görüş olmalıdır. Yəqinki bu görüş baş tutsa, hər kəs orada iştirak edəcək və sizin də xəbəriniz olacaq. Media Komitəsinin formatı ilə bağlı təkliflər var. Şəxsən mənim özüm də təklif irəli sürmüşəm. Düşünürəm ki, ən yaxşı formada Media Komitəsi öz işini davam etdirməlidir. Orada kimin olmasından asılı olmayaraq.

- Qarşıdakı seçikələrdə namizədliyiniz irəli sürəcəksinizmi?

- Bununla bağlı heç bir qərara gəlməmişəm. Bu, formata bağlı olacaq. Ola bilər ki, format dəyişikliyi olduqdan sonra, namizədliyə ehtiyac qalmasın.

- Media Komitəsi yaranan zaman bildirilidi ki, təkcə AFFA yox, digər qrumlar da komitəyə dəstək ola bilər. Buna nə mane oldu?

- Biz dəfələrlə görüşlər keçirdik. Lakin təəsüflər olsun ki, bizə qarşı müsbət addım atan olmadı. Federasiyaların özü də bu işdə maraqlı deyil. Biz çox cəht etdik. Klublardan dəstək gözləyirdik, lakin onlar bizə yanaşmadılar və köməkdən imtina etdilər. Səbəb də çox sadədir. Komitəyə kömək etmək üçün maliyyə dəstəyi lazımdır. Onlar da bu səbəbdən imtina etdilər.

- Media Komitəsinin üzvü olan saytlarda da komitənin reklamı çox az gedir sanki. Bu haqda nə düşünürsünüz?

- Mən bunu reklam kimi qəbul etmirəm. Çünki, biz ictimai bir qrumuq. Düzdür, bəzən yazılar olurdu ki, komitənin üzvü olduğu bütün saytlar həmin yazını dərc etmirdilər. Bu ola bilər. Lakin mən düşünmürəm ki, hər şey bununla bitir. Bu da işin təkmilləşməsi üçün yetərli deyil. Komitənin fəaliyyətinin irəliləməsi üçün mütləq şəkildə maliyyə vəsaiti lazımdır. Media Komitəsinin ofisi olmalıdır. Orada müəyyən bir işçi təbəqəsi olmalıdır ki, komitənin üzvü olan saytlara nəzarət olunsun. Bilirsiniz, üç nəfərlə bu qədər işi görmək mümkün deyil.

- Bu işlərdə AFFA-nın sizə laqeyd yanaşdığını düşünürsünüzmü?

- Müəyyən məsələlər oldu ki, biz dəstək gözlədiyimiz halda, AFFA kömək əlini bizə uzadmadı. Açıq şəkildə deyəcəm ki, bu kimi məqamlar oldu. Mən yenə də bildirirəm ki, əgər biz Media Komitəsini güclü bir qrum kimi görmək istəyiriksə, bayaq sadaladığım veriyalar həyata keçirilməlidir. Bir ofis olmalıdır və həmin ofis bizim jurnalistlərin evi kimi olmalıdır. Orada nələrisə müzakirə etməliyik. Bütün bunlar reallaşsa, bəlkə nələrisə düzətmək olar. Təbii ki, AFFA maliyyə ayırdığı təqdirdə biz nəsə edə bilərik. Çünki, biz vəsait ayıran bir qrum deyilik. Bu kimi hallar komitənin işinə maneələr törədir.

- Laqeydlik demişkən. Elxan Məmmədovla görüşünüz zamanı ona bu haqda hər hansı bir fikir bildirmisinizmi?

- Təbii ki, görüşlər zamanı Elxan müəllimə bu haqda fikirlərimizi çatdırmışıq. Ancaq reallıq budur ki, komitənin üzvləri və jurnalistlər arasında söz birliyi yoxdur. Çünki biz hər hansı bir təklif irəli sürdüyümüz zaman, AFFA ona münasibət bildirməmiş, həmkarlarımız tama ayrı yanaşırlar məsələyə. AFFA da bütün bumları görür və izləyir. Onlar görəndəki biz sosial şəbəkələrdə bir-birimizi tənqid edirik, bizə qarşı münasibətləri dəyişir.

- Media Komitəsinin gələcəyini necə görürsünüz?

- Hər şey formatdan asılı olacaq. Ola bilər ki, format fəqli olsun və komitədə yeni simalar görək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right