"Bu komanda haqda mənfi nəsə söyləmək istəmirəm"

"Qəbələ"yə keçid mənim üçün ilk növbədə iddialı komandada oynamaq və uğur əldə etmək imkanıdır. Əlbəttə, bu, həmçinin yeni təcrübədir. Daha öncə ölkə xaricində oynamamışam. Hazırda yeni mədəniyyət, mentalitetlə tanış olmaq imkanım var. Bu da mənim üçün çox önəmlidir".

Bu sözləri "Qəbələ"nin yeni transferi Aleksey Qay Ukrayna mətbuatına açıqlamasında deyib.

32 yaşlı futbolçu yeni komandasında daha böyük uğur qazanmağa çalışacağını bildirib: “Keçmiş klubum "Çernomorets"i hər zaman sevərək xatırlayacam. Bu komanda haqda mənfi nəsə söyləmək istəmirəm. Klub rəhbərliyinə, azarkeşlərə mənə dəstək olduqları üçün təşəkkür edirəm. Ancaq təbii ki, baş məşqçisiz bizdə heç nə alınmazdı. Artıq Roman Qriqorçukla birgə karyeramda yeni səhifə açılır. "Çernomorets"lə müqayisədə "Qəbələ"də daha böyük uğur qazanmağa çalışacağıq".

Qeyd edək ki, Aleksey Qay "Qəbələ" ilə 1,5 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right