Millimizin daha bir rəqibi müəyyənləşib

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının may ayı üçün hazırlıq proqramı müəyyənləşib.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ayın 16-da Bakıda Yunanıstanın müvafiq yaş qrupuna aid yığma komandası ilə yoldaşlıq görüşü keçirəcək komandamız ayın sonunadək daha iki qarşılaşmada qüvvəsini sınayacaq. U-20 mayın 24-də və 27-də Bakıda Makedoniyanın U-21 yığması ilə qarşılaşacaq.

Oyunların keçiriləcəyi stadion və başlama saatı hələlik müəyyənləşməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right