Soni Mustivar: "İlk olaraq Bakıda həyatın nə yedə olduğu ilə maraqlandım" Müsahibə

“Olduğca sürətli və maraqlı bir oyun alındı. Rəqib ilk hissədə bizə çətinliklər yaşatdı, lakin sonda qələbə qazana bildik və azarkeşlərimizi sevindirdik”.  

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi"  "Səbail" görüşündən sonra (2-0) ev sahiblərinin legioner futbolçusu Soni Mustivar əməkdaşımızın suallarını cavablandırarkən bildirib:

-Bura gələnə qədər uzun müddət olardı ki, oynamırdın. Çətin olmadı ki, komandaya uyğunlaşmaq?

-Son klubum ilə müqavilə müddətim bitmişdi. Onun üçün də mən iki ay yaşıl meydanlardan kənarda qalmışdım. Daha sonra “Neftçi” rəsmiləri mənimlə əlaqə saxladılar və belə bir variantın olduğunu dedilər. Mən də razılaşdım. Çünki, “Neftçi” çox yaxşı komandadır və tarixi zəngindir.

-Burada Haiti millisindən komanda yoldaşın Donald Gerye çıxış edir. “Neftçi”dən təklif gələn zaman onunla məsləhətləşdinmi ?

-Bəli, onunla söhbət etdim və ilk olaraq Bakıda həyatın nə yedə olduğu ilə maraqlandım və o, buranı çox təriflədi.  Liqa haqda da bəzi məsələlərlə baölı fikirlərini öyrəndim, o isə bildirdi ki, çempionat çox yaxşıdır və səviyyəsi yüksəəkdir.

-Qol epizodu zamanı kuryoz hadisə yaşadın. Nə hissər keçirdin həmin an?

-Bilərəkdən etmədim, lakin sonunda yaxşı bir ötürmə oldu. (Gülür)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right