“Bizim üçün bu görüşün çətin olacağını bilirdik. Onların ilk dəqiqələrdən hücuma atılacağını və bizə qarşı var gücləri ilə oynayacağlarını gözləyirdik ki, bu da baş verdi. İlk hissə istədiyimiz alınmadı. Rəqib bizə çox çətinliklər yaşatdı, lakin ikinci yarıda bizə lazım olan qolları vurduq və üç xalı qazandıq”.
Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi" "Səbail" görüşündən sonra (2-0) ev sahiblərinin futbolçusu İqnasiyo Herrera əməkdaşımızın suallarını cavablandırarkən bildirib:
-İlk hissədə oyununuzun alınmamağı nə ilə bağlı idi?
-Əlbəttə ki, rəqibimizə görə. Çünki, onlar ilk hissədə çox yaxşı oyun sərgilədilər. “Səabil”də həm baş məşqçi, həm də bir neçə futbolçular var ki, əvvəllər mənimlə komanda yoldaşı olublar və bizim heyəti yaxşı tanıyırlar. Bunun üçün də bizə çətinliklər törədə bildilər. Baxmayaraq ki, ilk hissə heç də yaxşı başlamadı, lakin sevinirəm ki, sonda qələbə qazanan tərəf biz olduq.
-Əsas heyətin üç üzvü meydanda yox idi. Bu, sizə hər hansı bir çətinlik törədmədi ki?
-Komandamız bir neçə futbolçudan ibarət deyil. Biz kollektivik. Heyətdə neçə futbolçu varsa, hamısı hər an meydana çıxıb oynamağa hazır olmalıdırlar. Baxmayaraq ki, heyətimizin 10 oyunçusu millilərin toplanışında oldu və görüşə az oyunçu ilə hazırlaşırdıq, lakin komandamız bu gün xarakter göstərərək yenə də sübut etdi ki, biz kollektiv olaraq çox güclüyük.
-Növbəti oyun sizi “Sumqayıt”la çətin görüş gözləyir. Bu matçı sizin üçün 3-cü yerin taleyi baxımından əhəmiyyətli hesab etmək olarmı?
-Çox çətin və maraqlı oyun olacaq. Buna əminəm. Çünki üçüncü yer uğrunda hər iki komanda mübarizə aparır. Qarşıda bir həftə var və çalışacağıq ki, bu görüşə ciddi şəkildə hazırlaşaq və üç xalı biz əldə edək.
-Bu gün dubl etdin. Bu necə bir hissdir sənin üçün ?
-Vurduğum hər iki qola görə çox sevinirəm. Çünki bu qollar komandama qələbə qazandırdı. Oyunu izləyənlər arasında atam da var idi. Çilidən bura məni görməyə gəlib. Onun burada olduğu anda qol da vurdum. Bu məni ikiqat sevindirdi.