“Vacib 3 xal qazandıq. İlk hissədən razı qalmasam da, ikinci hissə ürəyimcə oldu”.
Newsport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.
“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının XXI turunda öz meydanın “Səbail”i qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “İkinci hissədə rəqibi səhv etməyə məcbur etməyə çalışdıq və buna nail olduq. Heyətimizdə itkilər var idi. Bu problemləri nəzərə alaraq, oyunun çətin keçəcəyini bilirdik. Bundan sonra yolumuza davam etməyə çalışacağıq”.
- Yanvarda komandaya cəlb olunan legionerlərin durumundan razısınız?
- Komandada olan bütün futbolçulardan razıyam. Ümumilikdə, qalib heyəti dəyişmirəm. Əvvəllər Mirabdulladan narazı idim, amma indi o, yaxşı vəziyyətdədi. Ona görə də onun haqqına girə bilmərəm. Legionerlərə gəlincə, onları optimal vəziyyətə gətirmək istəyirəm.
- Komandaya yeni cəlb olunan Soni Mustivarın durumu haqda nə deyə bilərsiniz?
- Çox səviyyəli futbolçudu. Düzdü, son zamanlar oynamayıb, praktikası yoxdu. Biz növbəti mövsümü düşünərək, Mustivarı heyətə cəlb etmişik. O, mövsümün sonuna qədər özünü
- Ramil Şeydayevin adı “Neftçi” ilə yanaşı hallanır. Bu məsələ doğrudu?
- İlk gündən demişəm, yenə deyirəm, bütün transferlər mənim icazəmlə həyata keçirilir. Ümumiyyətlə, Ramil Şeydayev mənim siyahımda yoxdu.
- “Qəbələ” çempionatda yenə xal itirdi. Bu komanda kubokda rəqibinizdi. Sizə asan olacağını düşünmürsünüz?
- Həm kubokda, həm çempionatda sona kimi mübarizə aparacağıq. Belə bir söz deyirlər ki, guya mən avrokuboklara vəsiqə qazanmağa söz vermişəm. Mən belə bir söz verməmişəm. Komanda avrokuboklara vəsiqə qazanıb, orda 2 mərhələ keçəndən sonra uduzacaqsa və bununla tənqidlərə məruz qalacamsa, mənə lazım deyil.