Amil Yunanov: "O cür epizodları heç vaxt qaçırmıram"

"Sumqayıt"ın hücuçusu Amil Yunanov "Qəbələ" ilə oyundan sonra Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkda müsahibə verib:

- Amil, öncə oyunla bağlı fikirlərin...

- Bilirdik ki, bizi çətin oyun gözləyir. Qəbələ səfərləri hər zaman çətin olur. Çünki çempionluğa oynayan komandadılar. Düzdür, bura 3 xal üçün gəlmişdik, amma 1 xal da pis nəticə deyil. 

- Yəni 1 xal sizi qane edir?

- Ən azı uduzmadıq.

- Rəqibi hansı komponentlərdə üstələdiyinizi düşünürsən?

- Oyunu əks-hücumlar üzərində qurmuşduq. Rəqib qol vurandan sonra çox arxaya oturdu və biz də bundan istifadə etməyə çalıdıq. Mənim də epizodum oldu, amma fərqlənə bilmədim. Əsas odur ki, komanda olaraq qol vura bildik. 

- Qaçırdığın epizod bir də əlinə düşsə yenə qaçırardın?

- Rahat epizod idi. O cür epizodları heç vaxt qaçırmıram. Sadəcə, bu dəfə belə alındı.

- Bir az da milli haqda danışaq. İki oyun keçirdin, hisslərini bizimlə bölüşərdin.

- Sevindirici haldır ki, hər iki oyunda baş məşqçi əsas heyətdə şans verdi. Mənim üçün böyük təcrübə oldu. Özünüz də bilirsiniz ki, milli komanda başqadır, klub başqa. Çalışdım özümü tam göstərim, amma bunun üçün də zaman lazımdır. Çalışacam ki, bundan sonra həm klubda, həm də millidə daha yüksək səviyyədə çıxış edim.

- Qurban Qurbanovun səndən konkret istəyi nə idi?

- Hər məşqçi kimi, Qurban müəllimin də öz tələbləri var. Topa necə açılmaq lazımdır, necə yer seçmək lazımdır və s. Mən də çalışdım ki, nələrsə öyrənim. 

- Millidəki gələcək perspektivini necə görürsən?

- Hər şey özümdən asılıdır. Klubda özümü yaxşı göstərsəm formamı qorusam millidə də möhkəmlənə bilərəm.

- Avrokuboklara bir addım da yaxınlaşdınız. Bu haqda nə düşünürsən?

- Çalışırıq ki, xallarımızı daha da artıraq, yerimizi möhkəmləndirək. Amma indidən nə isə deməkdə çətinlik çəkirəm. Hər şeyi zaman göstərəcək

Mərdan HƏSƏNOV (Qəbələ)




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right