"Artıq bütün fikirlərimiz həmin oyuna yönəlib" Fərhad Vəliyev

Sumqayıt"ın qapıçısı Fərhad Vəliyev "Qəbələ" ilə 1:1 başa çatan oyundan sonra Newsport.az-a müsahibə verib:

- Fərhad, öncə oyunla bağlı fikirlərini bölüşərdin...

- Maraqlı oyun keçdi. Hər iki komandanın qol epizodları oldu. Ümumi göürsək, oyun heç-heçəyə layiq idi. Amma ikinci hissədə bizim qol epizodlarımız daha çox oldu. Sadəcəə, istifadə edib önə keçə bilmədik.

- Baş məşqçiniz Samir Abasov dedi ki, "Sumqayıt" rəqibini bütün komponentlərdə üstələdi. Səncə də elə idi?

- Ümumi götürsək bəli, üstün idik. Hardasa 60/40-a üstünlüyün bizdə olduğunu deyərdim.

- Bu oyunda istədiyinizi ala bildiniz?

- Düşünürəm ki, ala bildik. Çünki hədəfimiz avrokuboklara vəsiqədir və bu 1 xal bu yolda bizə kömək olacaq.

- Növbəti turda "Neftçi" ilə qarşılaşırsınız. Həmin oyun haqda nə düşünürsən?

- Artıq bütün fikirlərimiz həmin oyuna yönəlib. Sabah istirahət edib bürügündən komanda olaraq "Neftçi" ilə oyuna hazırlaşacağıq.

Mərdan HƏSƏNOV (Qəbələ)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right