Sumqayıt”ın futbolçusu Nicat Qurbanov “Qəbələ” ilə 1:1 başa çatan oyundan sonra Newsport.az-a müsahibə verib:
- Öncə oyunla bağlı fikirlərin...
- Oyunun ağır olacağını bilirdik və buna görə də ciddi hazırlaşmışdıq. Şükürlər olsun ki, xal götürüb mövqeyimizi qoruya bildik.
- Meydançaya çıxan kimi qol vuracağını gözləyirdin?
- Əlbəttə gözləmirdim. Amma hər birimiz çalışırıq ki, oynadığımız müddətdə komandaya xeyir verək.
- Baş məşqçi səni meydançaya buraxanda nə tapşırmışdı?
- Ön xətdə hücum xəttini gücləndirmək, rəqibin hücumu zamanı isə yarımmüdafiəçi kimi müdafiə xəttinə kömək etmək.
- Hesab emirsən ki, bu qol əsas heyətə düşmək baxımından şansını artırır?
- Biz hər zaman çalışırıq ki, komandaya xeyir verək. Qalanı baş məşqçinin biləcəyi işdir.
- Avropa Liqasına doğru daha bir addım atmış oldunuz...
- Düzdür, hədəf Avropa Liqasına vəsiqədir. Biz də bunun üçün əlimizdən gələnin ən yaxşısını edirik. Məşqlərdə də hamı həvəslə çalışır. İnşAllah bunun bəhrəsini görərik.
Mərdan HƏSƏNOV, Qəbələ