Roman Qriqorçuk: "Etiraf edirəm ki, “Qarabağ” bizdən daha yüksək səviyyədədi"

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının XXI turunda "Sumqayıt"la ev oyunundan sonra mətbuat konfransı keçirib.

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə 1:1 hesabıyla nəticələnən matçı dəyərləndirib.

- Qalib gəlmək istəyirdik. Bu, bizə ilk növbədə strateji baxımdan lazım idi. Üstəlik, son vaxtlarda sıx qrafikdə oynayırıq və psixoloji cəhətdən qələbə vacib idi. Qarşıda kubok oyunlarının da gəldiyini nəzərə alasq, qələbəyə böyük ehtiyacımız vardı. Ancaq alınmadı, səhvlərimizi təhlil edəcəyik.

- Neçənci dəfə “Qarabağ” xal itirir, “Qəbələ” bundan istifadə edə bilmir. Hesab etmirisniz, “Qəbələ”nin gücü elə 2-ci yerdi?

- Bununla mübahisə etməyəcəyəm. Etiraf edirəm ki, “Qarabağ” bizdən daha yüksək səviyyədədi. Əlimizi yana salmırıq. “Qarabağ”a gücümüz göstərmək istəyirik.  Çempionat öz aralarındakı oyunlarda yox, bütün rəqibləri qalib gələndə qazanılır.. Bunun üçünsə komandanın ustalıq səviyyəsi yüksək olmalıdı. Bu, vacib amildi. Hansısa çatışmazlıq olanda, məqsədinə çata bilmirsən. 

- Sizcə, "Qarabağ" arzuladığnız hücum futbolunu göstərdimi?

- Deyə bilmərəm ki, bu gün çox yaxşı, ideal oynadı. İdeal oyun ilk növbədə hücumda yaxşı oynamaqdı. Digər tərəfdən, bu gün futbolçularımızı da çox qınaya bilmərəm. Çünki yetirmələrim çox istəkli, meydana çalışdılar. Onu da başa düşürəm ki, hücumun sonluğunda yaxşı oynamağımız lazım idi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right