"Qəbələ" Azərbaycan Premyer Liqasının "Sumqayıt"la hazırda davam edən ev oyununda ciddi itkiylə üzləşib.
Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, komandanın ukraynalı mərkəz müdafiəçisi Vitali Vernidub oyunun 58-ci dəqiqəsində zədələnərək əvəzlənib. Onun yerinə hollandiyalı dayaq yarımmüdafiəçisi Omar Malone çıxıb.
Qeyd edək ki, hal-hazırda davam edən oyunda qəbələlilər 1-0 hesabı ilə irəlidədir.