20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirəcək.
Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandamız mayın 16-da Bakıda Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Oyunun keçirilmə yeri və başlama saatı hələ müəyyənləşməyib.