"Neftçi" "Səbail"ə qalib gəldi, "Qəbələ" "Sumqayıt" görüşündə bərabərlik Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XXI turun son 2 matçı keçiriləcək.
 
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə olduğu kimi, qarşılaşmalardan biri əyalətdə, digəri paytaxtda olacaq. 
 
Qəbələ şəhər stadionunda eyniadlı komanda "Sumqayıt"ı qəbul edəcək. Qış fasiləsindən sonra bu komandalar fərqli qrafik cızmaqdadırlar. "Qəbələ" hazırda 39 xalla 2-ci pillədə qərarlaşsa da, qeyri-stabil nəticələr göstərməkdədir. "Sumqayıt" isə məğlubiyyət acısı dadmadan xallarını 34-ə yüksəldib. 
 
Günün son qarşılaşması isə "Bakcell Arena"da "Neftçi" ilə "Səbail" arasında oynanılacaq. Hazırda turnir cədvəlində qonşu olsalar da, bu komandalar arasında 9 xallıq fərq var. Flaqman 27 xalla 5-ci, debütant 18 xalla 6-cı pillədədir. 
 
2 aprel (bazar ertəsi)

17:00. “Qəbələ” – “Sumqayıt” - 1:1 
Qollar: 
Stiven Monroz, 55 (1:0), Nicat Qurbanov, 82 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu

19:30. “Neftçi” – “Səbail” 2-0

Qol: İqnasiyo Herrera 51, 87
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Azər Əsgərov, Ramil Diniyev
“Bakcell Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right