Orxan Sadıqlı: "Şəfada məşq etmək futbolçu üçün çox çətindir" Müsahibə

“Gözləmirdim ki, meydana daxil olaram. Kamrannın dizində ağrılar var idi və onu əvəz etməyimi istədi. Sözün açığı, isinmə hərəkəti etməmişdim, lakin çox sevinirəm ki, oyuna çıxdım və yaxşı da olmasa, normal oyun nümayiş etdirə bildim. Əsas məqsədimiz uduzmamaq idi ki, bunu da bacardıq”.

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ" "Keşlə" matçından sonra (1-1) qonaqların qapıçısı Orxan Sadıqlı jurnalistlərin suallarını cavablandırarkən bildirib:

-Necə düşünürsən, səfərdən qazandığınız bir xal, sizin üçün 3 xala bərabərdir?

-Bəli, çünki “Qarabağ” ölkəmizi Çempionlar Liqasında təmsil edən bir klubdur. Onlar 3-4 ilin yox, illərin komandasıdır. Biz isə yeniyik.  Heyətdə 2-3 nəfər köhnə futbolçu var. Qalan hər kəs təzədir. Bir də çalışırıq ki, “Keşlə”nin adını ucaldaq. Çempionatda hara qədər gücümüz çatırsa, ora qədər gedək. Əsas hədəfimiz isə kubokdur.

-Kənardan Alxasovun vurduğu qol necə göründü?

-Çox gözəl, Slavikdə belə zərbələr var. Çox sevindirici haldır ki, bizim komandada müdafiəçilər də qol vura bilirlər. Təbrik edirəm onu.

-Yeni transfer ebrima sohna komandaya yetəri qədər kömək edə bilmidi sanki.

-Transfer elə bir məsələdir ki, heç bir futbolçunun bu haqda danışmağa haqqı yoxdur. Onu da komandaya gətiriblərsə, demək belə məsləhətdir. Hər şey təkcə ondan asılı deyil. O da əlindən gələni edir ki, komanda üçün xeyirli olsun. Sadəcə, ola bilər bir az yorğun görsənirdi. Çünki Şəfada məşq etmək futbolçu üçün çox çətindir. O da yeni gələnlər kimi çalışır ki, nəsə etsin.

-Rəqib futbolçu Dani Kintana ilə mübahisə yaşandı. Nə baş verirdi aranıızda?

-Epizotdan sonra yaşanan bir haldır. Sadəcə, İngilis dilində artıq danışdı və mən də cavabını qaytardım. Oyundan sonra yaxınlaşdım və bildirdi ki, problem yoxdur. Hər şey oyunda qaldı.

-Milliyə dəvət olunmadın. Bu haqda nə düşünürsən?

-Milli komandaya hər kəs dəvət gözləyir. Yığma elə bir yerdir ki, ora qarşı kin saxlamaq olmaz. Əgər bu gün məni çağırmayıblarsa, yəqin belə məsləhət biliblər. Hər şey insanın özündən asılıdır. Oynamaq və inkişaf etmək istəyirəm. Yəqinki bunu bacaracam.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right