Rəşad Sadıqov: "İstəyirik ki, futbolçular yarı sözdən Qurban müəllimi başa düşsünlər" Müsahibə

“Oyundan qabağ da gözləyirdik ki, bu oyun bizim üçün ağır keçəcək. Çünki, “Keşlə” ikinci dövrədən sonra bütün rəqiblərinə başağrısı ola bilirdi. Cəmi iki oyunda məğlub olublar ki, ikisi də 90-cı dəqiqədə buraxılan qolla olub.  İkinci məsələ də ondan ibarətdir ki, millinin oyunlarına görə, komanda uzun müddətdir bir yerdə deyil. Həmişə yığmanın toplanışından sonra biz bu tipli problemlər yaşayırıq. İlk hissə bizim üçün çox ağır keçdi. Demək olar ki, heç nə alınmırdı. İkinci hissədə toparlandıq və öz oyunumuzu göstərməyə başladıq. Qolu da yaxşı vaxtda vurduq, lakin təəsüflər olsun ki, ikinci dəfə fərqlənməyi bacarmadıq. Ancaq Bir xal da, bir xaldır. Düşünürəm ki, azarkeşlər üçün maraqlı bir oyun oldu".

Bu sözləri "Qarabağ" "Keşlə" görüşündən sonra (1-1) oyundan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov Newsport.az-ın suallarını cavablandırarkən bildirib:

- Maksim Medvedev bir neçə müddət öncə bildirmişdi ki, bütün rəqib futbolçular özlərini Qurban Qurbanova göstərməyə çalışırlar və bunun üçün də bizə qarşı ikiqat güc sərf edirlər. Bu gün də “Keşlə” futbolçuları əvvəlkindən də istəkli görsənirdilər. Bu fikirlə razılaşırsanmı?

-Təbii ki, millinin baş məşqçisinin qarşısında oynamaq hər bir futbolçu üçün stimuldur. Bir də ki, son heyətdən də məlum oldu ki, özünü yaxşı tərəfdən göstərən oyunçu, yığmaya dəvət ala bilər. Hər kəs də bu fürsətdən istifadə etməyə çalışır və daha motivasiya ilə çıxış edirlər.

-Oyunun gedişi zamanı çox aqressiv görsənirdin. Bu nə ilə əlaqədar idi?

-Məğlubiyyətlə bağlı idi. Oyunumuz alınmırdı və məğlub olurduq. Bu kimi hallarda da həmişə aqressiv olmuşam.

- Oyundan sonra Pərdis-Fərcad Azada əsəbləşdin...
- Əsəbləşdim. Amma kobud formada deyildi. Millidə də birgə çıxış etmişik.

-U-21 millisi iki oyun keçirdi və son matç, hakimin 4 dəqiqə artırılmış oyunu,  9 dəqiqə uzatmas ilə yadda qaldı.

- Orada etiraz etməyin mənası yox idi. Çox təəsüf hissi keçirdirəm ki, həmin göüşdə məğlub olduq. Çünki, uşaqlar orada yaxşı oyun nümayiş etdirdilər. O matçdan ən azı bir xal götürməyə layiq idilər. Qələbə də qazana bilərdik.  Ancaq nə etmək olar ki, belə alındı. . Bilirsiniz ki, rəqibin heyətində Premyer Liqada çıxış edən oyunşular var idi. Bir məsələyə sevinirəm ki, futbolçularım çox istəkli idi və rəqibdən çəkinmirdilər. Bu, əsas amillərdən biridir.

- Vaxtın bu qədər uzanmasına nə səbəb oldu?

- Mahir cərimə meydançasının içərisində zədə aldı və bundan sonra oyun iki dəqiqə dayandı. Bəlkə də Mahir yıxılmayıb oyunu davam etdirsəydi, hakim matçı bitirəcəkdi. Lakin onun yıxılmağı, sanki hakim üçün bir şans oldu ki, vaxtı istədiyi qədər uzatsın.

- U-21 də oyunlar keçirdi, əsas milli də. Kənardan baxdığında hansı yığmada görüləsi işlərin çox olduğunu düşünürsən?

-Bir az çətin sualdır. Ümumiyyətlə, hal-hazırda iş o yöndə gedir ki, bütün millilər düzəlməlidir. Əsasən də aşağı yaş qruplarından başlanılıb. Çünki, təməl önəmlidir ki, sonradan futbolçu əsas milliyə gəldiyndə, çətinliklər yaşanmasın. Bütün millilərdə belədir. Kosovo iki gün məşq etmişdi, lakin meydanda, aşağı yaş qruplarından hazırlıqlı gəlmiş futbolçuların hesabına oynayırlar. Biz də artıq, bu sistemə keçmək istəyirik ki, futbolçular əsas yığmaya gəldiyində, yarı sözdən Qurban müəllimi başa düşsünlər.

- Qurban Qurbanovun belə bir açıqlaması var ki, Rəşad Sadıqov lazım olsa, milliyə qayıdacaq. Bu haqda nə düşünürsən?

- Hal-hazırda bu, gündəmdə olan söhbətdir. Mən milli karyeramı sonlandırdığımda da bildirmişdim ki, lazım olaramsa, hər an hazıram yığmaya geri dönməyə. Lakin düşünürəm ki, ehtiyac olmayacaq. Çünki, uşaqlar çox yaxşı formadadırlar. İlk oyunumuz Kosovo ilə olacaq. Düşünürəm ki, bu matç finala bərabər görüş olacaq.

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right