Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Qarabağ"ın qonağı olan "Keşlə" ciddi itkiylə üzləşib.
Newsport.az-ın stadiona ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qonaqların heyətində millinin də üzvü olan 32 yaşlı qolkiper Kamran Ağayev diz nahiyəsindən ciddi zədə alaraq matçın 39-cu dəqiqəsində Orxan Sadıqlı ilə əvəzlənib.
Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan matçda "Keşlə" 0-1 hesabı ilə qalib gəlir.