Yunis Hüseynov: "Ola bilməz ki, kimsə mənə etiraz etsin"

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Zirə”ni qəbul edən “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov matçsonrası mətbuat konfransı keçirib.

Newsport.az xəbər verir ki, çalışdırıcı əvvəlcə oyun haqda fikirlərini bildirib.

-    Fasilə yaranmışdı. Məşqləri Bakıda davam etdirdik. Təəssüf ki, bu müddətdə yoxlama görüşü keçirə bilmədik. Elə buna görə də ilk yarıda bir qədər axsamalar oldu. Fasilədən sonra pis oynamadıq. Amma 85-ci dəqiqədən sonra qol buraxa bilərdik. Bilirsiniz da bu son 5 dəqiqə söhbətini. Təəssüf ki, Manjqaladze sarı vərəqə aldı və cəzalı duruma düşdü. Demişdim ki, Gəncədə məskunlaşmağımızı istəyirəm. İki gündən sonra Gəncəyə qayıdıb, növbəti tura hazırlaşacağıq.

- Olmazmı ki, komanda heç Bakıya qayıtmasın?

- Bir sıra legionerimizin ailəsi Bakıda qalır. Sabah istirahət günüdü. Buna görə də qoy dincəlsinlər.

- Roman Hüseynov əvəzlənərkən meydanı əsəbi şəkildə tərk etdi. Hətta Siz əl uzadanda bunu candərdi etdi.

- Ola bilməz ki, kimsə mənə etiraz etsin. Bütün diqqətim oyunda idi, amma düşünmürəm ki, belə bir şey etsin.

- Manjqaladze cəzalı duruma düşdü. Ancaq bunu oyun epizodunda yox, hakimlə danışığa görə etdi. 

- Buna görə pul cəzasına məruz qalacaq.

- Oyunun son dəqiqələrində futbolçularınıza top saxlamağı tapşırdınız. Bu, yetirmələrinizin yorğunluğu ilə bağlı idi?

- Xeyr, sadəcə, 4 oyunda 85-ci dəqiqədən sonra qol buraxmağımızı xatırlayırdım. Ancaq diqqət yetirdinizsə, final fiti səslənərkən biz hücumda idik. Yəni yorğunluqdan söhbət gedə bilməzdi. (Sport24.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right