Newsport.az-ın məlumatına görə, ilk hissəsi qolsuz başa çatan oyunun 42-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Yunis Hüseynov əvəzetməyə əl atıb. Mütəxəssis komandasının heyətində ən zəif bənd olan Roman Hüseynovu İlyas Səfərzadə ilə əvəzləyib. Roman məşqçinin bu qərarına etirazını bildirib və meydanı tərk edən zaman onun əlini sıxmayıb.
Oyunun fasiləsində Yunis Hüseynov gənc futbolçunu sakit olmağa çağırıb.