"Zirə"yə qarşı oynamayacaq "Kəpəz"də itki

Azərbaycan Premyer Liqanın 21-ci turunda “Zirə”ni qəbul edəcək “Kəpəz” oyuna itki ilə çıxacaq.

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, zədəli Dedimar Ferreyra bu gün keçiriləcək matçda iştirak edə bilməyəcək. Müdafiəçinin diz bağlarında gərilmə var. Komandanın digər zədəli futbolçusu olan Kamran Abdullazadənin durumu isə yaxşıdır. O, dünən kollektiv məşqlərdə iştirak edib. 

Qeyd edək ki, “Kəpəz” – “Zirə” görüşü saat 15:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right