Bu mövsümün əvvəlində karyerasında yeni səhifə açaraq "Sumqayıt"a üz tutan Cavid İmamverdiyev "Neftçi"yə keçə bilər.
Newsport.az xəbər verir ki, Samir Abasovun rəhbərliyi altında baxımlı oyun sərgiləyən Cavid yetirməsi olduğu "Neftçi"yə qaytmaq niyyətindədir. Bununla bağlı ilk addımlar da atılıb. Əldə etdiyimiz məlumata görə, "Neftçi"nin təklifinə rədd cavabı verilməyəcək və İmamverdiyev paytaxt klubuna keçəcək.
Qeyd edək ki, komandanın baş məşqçisi Samir Abasov da bu keçidə qarşı olmadığı bildirilir.