"Hapoel"in futbolçusu "Qarabağ"ın hədəfində

"Qarabağ" İsrailin “Hapoel” (Hayfa) klubunun futbolçusu Nisso Kapilotonu transfer edə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı İsrail mətbuatı yayıb. Mövsümün sonunda azad agent statusu qazanacaq 28 yaşlı mərkəz müdafiəçinin transfer edilməsi üçün Ağdam klubu artıq hərəkətə keçib. Məlumata görə, tərəflər arasında ilkin danışıqlar olub.

Qeyd edək ki, Tel-Əviv "Makkabi"sinin yetirməsi olan Kapiloto karyerası ərzində "Aşdod", "Hapoel" (Akko), "Beytar", "Sent-Qallen" (İsveçrə" klublarında çıxış edib. O, İsrailin U-17, U-19 və U-21 milli komandalarının da şərəfini qoruyub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right