UEFA son Albaniya çempionu "Skenderbeu"nu 10 il müddətinə avrokuboklardan kənarlaşdırıb
Newsport.az-ın məlumatına görə, buna klubun danışılmış oyunlarda iştirak etməsi səbəbdir. UEFA müfəttişlərinin hazırladıqları raportda Korçe təmsilçisinin danışılmış oyunlarda iştirakıyla bağlı faktlar ortaya çıxıb. 88 səhifəlik raportda 50-dən çox danışılmış oyunun adları qeyd edilib. EFA İcraiyyə Komitəsi komandanı 10 il avrokuboklardan uzaqlaşdırıb və 1 milyon avro cərimə edib. Bununla yanaşı, "Skenderbeu"nun 2015/16 mövsümündəki çempionluğu rəsmən əlindən alınıb.
Bu, eyni zamanda UEFA-nın bi kluba ən ağır cəza verməsi kimi diqqət çəkib.