Azərbaycan Birinci Divizionunda 21-ci tura start verilib. Lider “Qaradağ Lökbatan” səfərdə “Binə” ilə qarşılaşıb.
Newsport.azPFL-in saytına istinadən xəbər verir ki, dörd qolun qeydə alındığı görüşdə qonaqlar qələbəni son anda əldən veriblər. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.