"Əgər işimin başındayamsa, deməli, hər şey yaxşıdır"

"Azərbaycan çempionatı çox güclüdür. 8 komandanın hər biri bərabərsəviyyəlidir"

 

Newsport.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov Ukrayna mətbuatına müsahibə verərkən bildirib:

"Azərbaycan çempionatı çox güclüdür. 8 komandanın hər biri bərabərsəviyyəlidir. Əsas odur ki, çempionatda rəqabət var. Heç bir komanda asanlıqla qələbə qazana bilmir. Hətta turnir cədvəlinin aşağı sıralarında qərarlaşan komanda liderləri məğlub edə bilir".

 

İstefa verəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirən Maksimov buna qısaca şərh verib: "Bu haqda çox danışmaq istəmirəm. Əgər işimin başındayamsa, deməli, hər şey yaxşıdır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right