“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar” Rauf Əliyevlə müqavilə imzalayıb.
29 yaşlı hücumçu 2019-cu ilin yayına qədər "Qəbələ"nin şərəfini qoruyacaq. Son klubu Albaniya təmsilçisi “Kukesi” olan Əliyev 2017-ci ilin ikinci yarısında bu ölkədə legioner həyatı yaşayıb. O, karyerası ərzində “Qarabağ” (2006-2013), “Bakı”