Transfer çalışmalarını sürətləndirən "Neftçi" ötən gün heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" Haiti millisinin yarımmüdafiəçisi Soni Mustivarı heyətinə cəlb edib.
28 yaşlı mövsümün sonlarına yaxın yeni komandasının heyətində debüt edə bilər. Çünki axırıncı dəfə ötən ilin avqust ayında "Sportinq Kanzas Siti"nin heyətində meydana çıxan Mustivar həm fiziki, həm də oyun praktikasından əziyyət çəkir. Futbolçu əgər qısa müddətdə formaya düşə bilsə, mövsümün sonlarına yaxın komandanın heyətində debüt edə biləcək.
Qeyd edək ki, Soni Mustivar “Neftçi” ilə 2019-cu ilin yayına qədər müqavilə imzalayıb