Azərbaycan futbolunun son illər yetişdirdiyi ən istedadlı hücumçulardan olan Rauf Əliyev bir müddətdir ki, klubsuzdur. Mövsüm ərzində “Keşlə” və “Kukesi” (Albaniya) klublarının formasını geyinmiş Rauf məlum 3-cü klub qadağasına görə kənarda qalıb.
Newsport.az saytının məlumatına görə, hazırda Azərbaycanda olan oyunçu fərdi məşqlərlə kifayətlənir. Bizə verilən informasiyaya əsasən, Raufun klubsuz günləri başa çatmaq üzrədir. Yenidən karyerasını Azərbaycanda davam etdirəcək hücumçu iddialı klublarımızın biri ilə böyük ölçüdə razılığa gəlib.
Qeyd edək ki, Rauf Əliyev “Qarabağ” klubunun yetirməsi sayılır. Əliyev “Qarabağ”dan sonra “Bakı”, “Xəzər Lənkəran”, “İnter” kimi iddialı klublarımızda forma geyinib. Əliyev vaxtilə milli komandanın əsas qol silahı hesab olunub.