“Qarabağ”ın qapıçısı İbrahim Şehiçin şərəfini qoruduğu Bosniya və Herseqovina millisi növbəti yoxlama oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Robert Prosineçkinin komandası Seneqalla qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
İ.Şehiç 90 dəqiqə meydanda olub. “Qarabağ”ın futbolçusu bununla da millidəki ardıcıl 4-cü qarşılaşmasında qapısını toxunulmaz saxlayıb.
İ.Şehiç bundan əvvəl ABŞ, Meksika və Bolqarıstanla yoxlama görüşlərində qapısından qol buraxmamışdı.