Azərbaycanlı qapıçı Emil Balayev Almaniyanın "Ayntraxt" klubunun heyətində mini turnirdə iştirak edib.
"Harder Cup" adlı turnirdə ilk dəfə "Ayntraxt" forması geyinmək şansı qazanan Balayev "Karlsrue" (2:1), "Valdof" (3:0) və "Kayzerslautern" (5:4) kimi klublara qarşı mini matçların iştirakçısı olub.
Balayevin yeni komandası sözügedən turnirdə finala yüksəlib və rəqibi "Karlsrue"di.