Millimizin oyununda VAR-ın köməyinə ehtiyac duyuldu FOTO

Antalyada keçirilən Azərbaycan - Makedoniya matçında videotəkrar (VAR) sisteminin köməyinə ehtiyac duyulub. 

Newsport.az-ın məlumatına görə, matçın 20-ci dəqiqəsində millimizin üzvü Ruslan Abışov Makedoniya seçməsinin hücumçusu Qoran Pandevə qarşı cərimə meydançası daxilində kobud oynayıb. Lakin makedoniyalı futbolçu cərimə meydançasındən kənarda yerə yıxıldığı üçün qarşılaşmanın baş hakimi Halis Özkahya "ağ nöqtə"ni göstərməyib. 

Makedoniyalı futbolçular hakimin bu qərarına etiraz edincə, VAR-ın köməyinə ehtiyac duyulub. Epizodun təkrarına baxdıqdan sonra yığmamızın qapısına penalti təyin olunub. 

Qeyd edək ki, qarşılaşmada video köməkçi hakim funksiyasını məşhur FİFA referisi Cüneyt Çakır yerinə yetirir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right