Almeyda millimizdə ilk qol hesabını açdı

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan millisində ilk qolunu vurub.

Newsport.az-ın məlumatına görə, milliləşdirilən braziliyalı yarımmüdafiəçi hazırda Makedoniya ilə keçirilən yoldaşlıq oyununda fərqlənib.

Antalyadakı “Mardan” stadionunda keçirilən matçın 6-cı dəqiqəsində rəqib qapısına tol tapan Almeyda penaltidən hesabı açıb. Almeyda yığmamızın tarixində qol vuran 57-ci oyunçudu. Bu görüşə qədər 56 futbolçumuz rəqib qapısına yol tapıb. Daha 4 dəfə rəqib oyunçular avtoqol müəllifi olublar.

Qeyd edək ki, 2011-ci ildən “Qarabağ”da çıxış edən 29 yaşlı futbolçu ötən il millimizə cəlb olunub. O, komandamızın heyətində keçirdiyi 8-ci oyununda ilk qol sevinci yaşayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right