Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Neftçi" yoxlama görüşü keçirib.
Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" əvəzedici komanda ilə üz-üzə gəlib.
Yığmaların heyətində yer alan futbolçuların qatılmadığı görüş əsas komandanın qələbəsi ilə başa çatıb - 3:0. Tərlan Əhmədovun komandasının heyətində Lukas Qomez, İqnasio Herresa və Fransisko Qarsiya fərqləniblər.
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.